Yol terroru davam edir: 1 ölü

22 Fevral 2013 09:06 (UTC+04:00)


Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Binəqədi-Mehdiabad yolunda 1987-ci il təvəllüdlü Süleymanov Cavid Cavad oğlu idarə etdiyi "Hyundai Sonata" markalı avtomobillə piyadanı vurub. Nəticədə piyada 1960-cı il təvəllüdlü Rüstəmov Zabit Şəfi oğlu ağır bədən xəsarətləri alıb. Yaralı Kliniki Tibbi Mərkəzə çatdırılsa da, keçinib.

Faktla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb.


AzNews.az