Qaradağda məişət-çirkab suları Qırmızı gölə və Xəzər dənizinə axıdılır - idarə rəisi cərimələndi

19 Oktyabr 2017 10:21 (UTC+04:00)

AzNews.az ETSN-nə istinadən xəbər verir ki, araşdırma zamanı Qaradağ rayonunun Lökbatan, Sahil, Ümid, Qobustan və Səngəçal qəsəbələrində formalaşan məişət-çirkab tullantı sularının Qırmızı gölə və Xəzər dənizinə axıdılması faktı aşkar olunub.

Faktla bağlı “Qaradağ Su-kanal” idarəsinin rəisi Əhliman Mansurov barəsində qanunvericiliyə uyğun qaydada protokol tərtib edilib və o, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilib.

Yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə belə hallara yol verilməməsi üçün müəssisə rəhbərliyinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.