Azərbaycanda sabit hava şəraiti davam edəcək

19 Oktyabr 2017 10:30 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

O bildirib ki, oktyabr ayının 20-21-də ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək: “Cənub şərq küləyinin üstünlüyü müşahidə olunacaq. Havanın temperaturu bugünlərlə müqayisədə tədricən yüksələcək. Bakıda havanın temperaturunun 23 dərəcəyədək artacağı gözlənilir”.