8 yaşlı uşağın ölümündə günahlandırılan həkim - "Danışmayacam"

19 Oktyabr 2017 13:02 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında 8 yaşlı Şölə Kərimovanın ölümündə ittiham edilən Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzinin həkimi Eldar Əliyev deyib. O, bildirib ki, baş verənlərlə bağlı ancaq mərkəzin baş həkimi açıqlama verə bilər:

“Baş həkimə müraciət edin. Bura dövlət müəssisəsidir. Burada baş verənlərə baş həkim baxır. Mən də ilk növbədə ona tabe olan adamam. Mənimlə söhbət etmək üçün ondan icazə almaq lazımdır”.

Qeyd edək ki, 8 yaşlı qız narkoz verildikdən sonra həyatını itirib. Hadisə Akademik Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində baş verib. Uşağın atası, Sumqayıt şəhər sakini Sübhan Kərimov isə 8 yaşlı uşağının ölümündə sözügedən xəstəxananın həkimi Eldar Əliyevi günahlandırır.

Bahar RÜSTƏMLİ

AzNews.az