9 il əvvəl içərisində 150 min manat olan seyfi oğurlayan şəxs tutulub

19 Oktyabr 2017 13:14 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Rafiq Məmmədovun ətrafında Nərimanov Rayon Polis İdarəsi əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun 2008-ci il oktyabrın 9-da rayon ərazisindəki müəssisələrin birindən 150.000 manat, 10.000 ABŞ dolları və sənəd olan seyfi oğurlaması da müəyyən edilib.