Kseniya Sobçak Rusiya prezidenti olmaq istəyir - seçkilərə qatılacaq

19 Oktyabr 2017 14:32 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Kseniyanın bu barədə "Vedomosti" saytında açıq məktubu dərc edilib.

Məktubda deyilir:

"Bütün riskləri və tapşırığın çətinliklərini nəzərə alaraq qərar verdim ki, mənim prezident seçkilərində iştirak etməyim bizim ölkəmizdə dəyişikliklərə səbəb olacaq. Mən konkret bir partiyaya aid deyiləm. Ola bilər ki, mən sizin namizədiniz deyiləm. Lakin, mənim seçkidə iştirakım sizin və rus siyasi sisteminin xeyrinədir." - , Sobçak belə qeyd edib.