Neftimizin son qiyməti

19 Oktyabr 2017 23:20 (UTC+04:00)

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 18-də 58,03 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,22 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 18-də 55,74 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə oktyabrın 18-də 57,68 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel çoxdur.

AzNews.az