20 yaşlı qız kürəyindən bıçaqlandı - Oğlan dostu ilə dava edib

20 Oktyabr 2017 09:39 (UTC+04:00)

"Report"un məlumatına görə, hadisə Xəzər rayonunda baş verib.

Buzovna qəsəbəsində 1997-ci il təvəllüdlü İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib. Faktla bağlı Xəzər Rayon Polis İdarəsinə məlumat verilib. Polis əməkdaşları F.İbrahimovadan ilkin izahatı alarkən məlum olub ki, o, oğlan dostu ilə mübahisə zamanı bıçaqlanıb.

Fakt araşdırılır.

AzNews.az