Erməni hərbçi xidmət yoldaşını güllələyib

20 Oktyabr 2017 21:28 (UTC+04:00)

AzNews.az erməni mətbuatına istinadən xəbər verir ki, mübahisə zamanı qumbaraatan vəzifəsində xidmət edən hərbi qulluqçu Aram Xaçaturyan xidmət yoldaşı David Harutunyanı avtomatla başından güllələyib.

Xəstəxanaya aparılarkən ağır yaralanmış hərbi qulluqçu D.Harutunyan yolda ölüb.

Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.