Xaçmazda məktəbli itkin düşüb

20 Oktyabr 2017 21:48 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Xaçmaz şəhər 5 saylı məktəbin 6-cı sinif şagirdi 2006-cı il təvəllüdlü Daşdəmirov Ramin Mənsur oğlu məktəbdən çıxdıqdan sonra evə getməyib. Onun valideynləri uşağın itkin düşməsi barəsində Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat veriblər.

Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən uşağın tapılması istiqamətində əməlıyyat-axtarış tədbirləri aparılır.