Xızıda daha 140 ədəd partlamamış hərbi sursat tapılıb

20 Oktyabr 2017 23:59 (UTC+04:00)

AzNews.az ANAMA-ya istinadən xəbər verir ki, oktyabrın 20-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilmiş, 140 ədəd partlamamış hərbi sursat (PHS), 45 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 366 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 448 500 kv.m (44.85 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 48 gün ərzində 13 034 ədəd partlamamış hərbi sursat (PHS), 5 383 ədəd partlamış-yanmış sursat qalıqları və 44 607 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 48 462 908 kv.m (4 846 ha) ərazi yoxlanılıb.