Misirdə dəhşətli qəza - 16 ölü

21 Oktyabr 2017 12:06 (UTC+04:00)

Misirin Asyut şəhərində 4 avtomobilin iştirakı ilə baş vermiş qəza nəticəsində 16 nəfər həlak olub.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, polis insident nəticəsində daha 9 nəfərin isə yaralandığını bildirib.

Həlak olanlar arasında 4 uşaq da var. Polisin ilkin məlumatına görə, qəzaya iri yük maşını səbəb olub. Hazırda qəza ilə bağlı araşdırma aparılır.