Avtomobillər toqquşdu - Yaralanan var

21 Oktyabr 2017 18:57 (UTC+04:00)

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hərəkətdə olan “Ford Tranzit”lə VAZ 21011 markalı avtomobil toqquşub.

Nəticədə VAZ-ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sürücüyə tibbi yardım göstərilib, vəziyyəti normal qiymətləndirilir.

Faktla bağlı Tovuz Rayon Şöbəsində araşdırma aparılır.

AzNews.az