Bakıda 3 otaqlı mənzil yandı

21 Oktyabr 2017 22:40 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 90 m2 olan 3 otaqlı mənzildə ev əşyaları 20 m2 sahədə yanıb. Yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 15 m2 sahədə əriyib. Qonşu mənzildən 2 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.