Temur Abazov Marneuli rayon icra başçısı seçilib

22 Oktyabr 2017 14:42 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun 89 seçki məntəqəsi üzrə səsvermənin nəticələrinə əsasən, T.Abazov 68,05 faiz səs əldə edib.

Səs çoxluğuna görə ikinci yeri 21,33 faizlə müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi Əhməd İmamquliyev, üçüncü yeri isə 6,29 faiz səslə müxalif “Vahid Milli Hərəkat” partiyasının namizədi Rəhim Əsgərov tutub.