Mingəçevirdə 34 yaşlı kişi bıçaqlanaraq öldürülüb

22 Oktyabr 2017 16:48 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhərində qeydə alınıb.

Belə ki, 1983-cü il təvəllüdlü bərbər işləyən Pərviz Məmmədov iş yerinin yaxınlığında bıçaqlanıb. Bir neçə bıçaq xəsarəti alan P. Məmmədov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Onun Eldar adlı şəxs tərəfindən pldürüldüyü ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.