Elzadan etiraf - “Teymur Əmrah onu sevirmiş...”

23 Oktyabr 2017 12:38 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ARB TV-də yayımlanan “Səhər -Səhər” verilişinin bu günki qonağı müğənni Elza Seyidcahan və bacısı Rasimə olub. Verilişdə Rasimə də mahnı ifa edib. Daha sonra Elza Seyidcahan bacısının universitet illərində indiki məşhur simalarla birgə oxuduğunu qeyd edib. Onlardan bir neçəsinin adını çəkən müğənni Teymur Əmrahın da aralarında olduğunu deyib. Aparıcı Elgiz “Eşitdiyimə görə Teymur Əmrah Rasiməni sevirmiş”, – deyərək soruşub. Elza Seyidcahan isə “Teymur əmrah bacımı sevirdi, evlənmək istəyirdi, amma Rasimə onu bəyənmədi”,- deyə müğənni etiraf edib.