Könül Kərimova 22 min dollarlıq paltarından danışdı: “Niyə məndə olmasın?”

23 Oktyabr 2017 14:12 (UTC+04:00)

AzNews.az xəbər verir ki, müğənninin televiziya verilişlərinin birinə 22 min dollarlıq paltar geyinməsi sosial şəbəkələrdə böyük müzakirəyə səbəb olub. İstifadəçilər müğənninin bu addımını qınayaraq,onu tənqid ediblər. Könül Kərimova AzNews.az-a açıqlamasında sözü gedən paltarından danışıb:

“Bu paltarı mən Türkiyə modellərinin birinin əynində gördüm. Çox bəyəndim. Fikirləşdim ki, niyə məndə olmasın? Buna görə də o modelin eynisini tikdirdim. Paltarın yuxarısı əl işləridir və mənə 2200 manata başa gəlib. Mən bir paltara 22 min dollar pul verən sənətçiyə oxşayıram? O qədər çaşmamışam, elə səhvə yol vermərəm”.

Bahar RÜSTƏMLİ

AzNews.az