Rəsul Quliyev Azərbaycanın rayonlarını gəzmək istəyir

22 Fevral 2013 15:44 (UTC+04:00)


"Mən taririxi faktlarlarla öz fikrimi çatdırmağa çalışacam. Qəti şəkildə düşünməyin ki, bəziləri kimi mən öz savadımı göstərmək istəyirəm. Məqsədim heç də savadımı, biliyimi göstərmək deyil, mən savadımın və biliyiminm səviyyəsini bilirəm.".

Bu fikirləri hazırda Amerikada mühacirətdə olan eks-spiker Rəsul Quliyev youtube səhifəsində Azərbaycandakı prosesləri tarixi faktlarla təhlil edərkən deyib.

R.Quliyev hesab edir ki, onun fikirləri mövcud reallıqları tam əks etdirir: "Bu gün Azərbaycanda dəyişiklik etmək istəyənlərə, o cümlədən də mənə imic lazım deyil. Əgər Azərbaycanda azad və adalətli seçki keçirmək mümkün olsa, mən bir ay ərzində bütün rayonlara getməklə, real planlarımı açıqlamaqla öz imicimi formalaşdıraram, elə bir problem də olmaz".

Gültəkin
AzNews.az