Xarici İşlər Nazirliyinin binası hərraca çıxarılacaq

22 Fevral 2013 16:24 (UTC+04:00)


APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, binanın start satış qiyməti 51 milyon 270 min 840 dollardır.

Ermənistan hökuməti İrəvanın mərkəzində yerləşən binanın qeyd olunan məbləğı "Tanqo" QSC-yə satılması barədə ötən ilin oktyabrında qərar verib. Şirkət argentinalı erməni əsilli iş adamı Eduard Ernekyana məxsusdur. XİN binasının yerində "Kempinski" otelinin tikilməsi nəzərdə tutulur. Erməni ictimaiyyəti bu alqı-satqıya xüsusi diqqət yetirdiyindən şəffaflığın təmin olunması üçün tender keçirmək qərara alınıb. Ötən əsrin 40-cı illərində tikilən binanın ərazisi 14241 kvadratmetrdir.

AzNews.az