Rusiyada jurnalist prezident olmaq istəyir

30 Oktyabr 2017 14:03 (UTC+04:00)

Tanınmış jurnalist Yekaterina Qordon Rusiyada keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürüb. Bu barədə AzNews.az xarici mətbuata istinadən xəbər verir.

"Mənim adım Ekaterina Qordondur, mənim otuz yeddi yaşım var və mən öz konstitusion hüququmdan istifadə edərək Rusiya prezidentliyinə namizədliyimi irəli sürmək qərarına gəldim. Yəqin ki, mən prezident administrasiyası ilə əlaqələndirilməyən yeganə namizəd olacağam” - Yekaterina deyib.

Qordon, öz proqramında qadınların və uşaqların hüquqlarına diqqət yetirəcəyini vəd edir.