Bakıda Turizm Filmləri festivalı keçiriləcək

23 Fevral 2013 08:54 (UTC+04:00)



2013-cü ilin payızında nəzərdə tutulan festivalın təşkilatçısı Mədəniyyət və Turizm Nazirliyidir.

Festivalın keçirilməsində məqsəd turizmin müxtəlif aspektlərinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verəcək filmləri təbliğ etmək, daha uğurlu filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival eyni zamanda dünyada beynəlxalq tarixi və mədəni irsin mərkəzlərindən biri olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub. Qeyd edək ki, fevralın 25-də sözügedən tədbirlə bağlı Turizm Film Festvalları Beynəlxalq Komitəsinin direktoru Aleksandr Kammelin iştirakı ilə mətbuat konfransı keçiriləcək. Konfransda festivalın rəsmi internet saytının təqdimatı da olacaq.

Bahar Rüstəmli
AzNews.az