Rusiyanın Ermənistanla yeni silah razılaşması

1 Noyabr 2017 10:23 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, silah tədarükü 100 milyon dollarlıq kredit sazişinin təsdiqlənməsindən sonra baş tutacaq. Belə ki, saziş imzalansa da, hələlik ölkə hökümətləri bunu ratifikasiya etməyib.

Ermənistan prezidenti Serj Sarkisyan deyib ki, bu ilin sonuna qədər saziş təsdiqlənə bilər. Hələlik isə 2015-ci ilin iyununda bağlanmış müqaviləyə əsasən dekabrda Rusiyadan hərbi texnika alınacaq.

Qeyd edək ki, 2015-ci ilin iyununda Rusiya və Ermənistan arasında 200 milyon dollarlıq kredit müqaviləsi bağlanmışdı. Kredit 15 illiyə 3 faizlə verilir.