Narkotikdən istifadə üçün xüsusi zal açıldı

23 Fevral 2013 09:37 (UTC+04:00)


İlk belə mərkəz Fransa paytaxtı Parisdə açılacaq. Avropada artıq Almaniya, İspaniya, Norveç, Hollandiya, Lüksemburq kimi ölkələrdə ümumilikdə 80 belə zal var.

Parisdə açılacaq zal 200 nəfərə xidmət göstərəcək. Orada narkomanlarla əməkdaşlıq edən qeyri - hökumət təşkilatının üzvləri fəaliyyət göstərəcək. Bu təşkilat Parisin müxtəlif yerlərində narkomanları steril şprislərlə təmin edir. Paris Şurası sözügedən təşkilata 38 min avro ayrılması barədə qərar qəbul edib.

Yeni layihə narkomanların Paris küçələrindən yığışdırmaq, eləcə də yüksək dozadan ölmə faktlarının azaldılmasına xidmət edəcək.

Elnarə Əlosmanqızı
AzNews.az