Ələt-Astara yolunda ölümlə nəticələnən qəza

23 Fevral 2013 09:52 (UTC+04:00)



Qəza yolun 146-cı kilometrliyində, Cəlilabad rayonu ərazisində qeydə alınıb. 1968-ci il təvəllüdlü Teymur İbrahim oğlu Babayevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili ağaca çırpılıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü xəsarət alıb, sərnişin - 1971-ci il təvəllüdlü Şəlalə Böyükxan qızı Mehdiyeva hadisə yerində ölüb. Yanğınsöndürən-xilasedicilər yaralı T.Babayevi və Ş.Mehdiyevanın cəsədini deformasiyaya uğramış avtomobildən müvafiq qaydada çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:59-də başa çatıb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.