Müğənni Cavidan Novruzdan yeni klip

23 Fevral 2013 10:45 (UTC+04:00)
Musiqisi Cavidana, sözləri Leyliyə aid olan "Bu yaşandı bitdi" adlı mahnı xeyli zamandır ki, radio dalğalarında səslənir. Mahnının klip halında təqdim edilməsi təklifi də tamaşaçılardan gəlib.

C.Novruz AzNews.az-a açıqlamasında bildirdi ki, "Bu yaşandı bitdi" mahnısının klip versiyası dostlarından birinin ona ad günü hədiyyəsidir: "Bu yaşandı bitdi" mahnısına ekranlaşacaq klip yaxın dostlarımdan mənə doğum günü hədiyyəsidir. Klip üçün maliyyə vəsaitini də onlar ayırıb".

Qeyd edək ki, klip çəkilişləri Türkiyənin İstanbul şəhərndə aparılacaq. Klip ukraynalı reyissor tərəfindən ekranlaşacaq. Müğənni onu da vurğuladı ki, bundan sonra yaradıcılığında öz mahnılarına üstünlük verəcək.

Bahar Rüstəmli
AzNews.az