BMT Xocalıyla bağlı sənəd yayacaq

23 Fevral 2013 11:02 (UTC+04:00)



APA-nın məlumatına görə, məktubda Xocalının işğalı zamanı Ermənistan silahlı qüvvələrinin dinc azərbaycanlı əhaliyə qarşı kütləvi qətllər və soyqırımı törətməsinə dair faktlar, müxtəlif kütləvi informasiya vasitələri, jurnalistlər və qeyri-hökumət təşkilatlarından sitatlar, "Xocalıya ədalət" kampaniyası barədə məlumat yer alıb.

Məktubda dövlətlərin insan haqlarını pozan və insanlığa qarşı cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb etməsi haqqının olduğu vurğulanır. Məktub BMT İnsan Haqları Şurasının 22-ci sessiyasında rəsmi sənəd kimi yayımlanacaq.

Analoji məktublar BMT-nin İnsan Haqları üzrə Ali Komissarına, Cenevrədə BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliklərə də göndərilib.

AzNews.az