Qusarda yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

4 Noyabr 2017 12:01 (UTC+04:00)

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 3-də saat 01.00 radələrində Qusar rayonunun Üzdən-oba kəndində yaşayan Yarmət Nurmətovun həyətindəki sahəsi 48 kvm. olan yardımçı təsərrüfat yandırılıb.

Nəticədə yanar konstruksiyalar yanıb, oradakı 1 baş inək tələf olub. Hadisəni törətməkdə şübhəli bilinən qonşuluqda yaşayan yeniyetmə Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.