İran prezidentindən amerikalı güləşçilərə jest

23 Fevral 2013 13:55 (UTC+04:00)
İranın paytaxtı Tehran şəhərində, "Azadi" İdman Kompleksində keçirilən yunan-Roma və sərbəst güləş növləri üzrə Dünya Çempionatı başa çatıb. APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, qaliblərin mükafatlandırılması mərasimində prezident Mahmud Əhmədinejad da iştirak edib. İran prezidenti Rusiyanı məğlub edərək sərbəst güləş növü üzrə dünya çempionu olan ölkəsinin idmançılarını təbrik etdikdən sonra amerikalı güləşçilərlə tərəf gedib, onlarla əl sıxaraq görüşüb və sonda xatirə şəkli çəkdirib.