Özünü binadan atmaq istədi

24 Fevral 2013 00:40 (UTC+04:00)

Bu gecə Bakı sakini intihara cəhd edib.Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yer alan xəbərə görə, FHN-nin "112" qaynar telefon xəttinə, Bakı şəhəri, Suraxanı rayonu ərazisində 1 nəfərin intihara cəhd etməsi barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 1981-ci il təvəllüdlü Rzayev Elşad Fikrət oğlunun hündürmərtəbəli yaşayış binasının damına çıxaraq özünü aşağı atmaq niyyətində olması məlum olub. Xilasedicilər və hüquq mühafizə orqanı əməkdaşlarının birgə səyi nəticəsində intihara cəhd göstərən şəxslə danışıqlar aparılıb, intihara cəhd göstərən şəxs fikrindən yayındırılıb.

AzNews.az