4 gün sonra Sarkisyanın taleyi həll olacaq-VİDEO

24 Fevral 2013 18:30 (UTC+04:00)



Ermənistanın paytaxtı İrəvanda seçkilərdə məğlub olmuş "İrs" Partiyasının sədri Raffi Ovanisyanın çağırışı ilə yenidən aksiyalar başlayıb. Aksiyada çıxış edən Ovanisyan artıq Ermənistanda inqilabın başladığını, meydana yalnız öz partiyasının deyil, digər siyasi qüvvələrin də gəldiyini bildirib. Artıq mitinqlərə "Daşnaksütün", "Çiçəklənən Ermənistan" və "Erməni Milli Konqresi"nin üzvləri də qatılıb.

Raffi Ovanisyan bəyan edib ki, fevralın 28-də "Azadlıq meydanı"nda böyük mitinq olacaq. Buna qədər isə ölkənin regionlarında aksiyalar davam edəcək.



AzNews.az