Bakıda qonşusunu güllələyən şəxs həbsdə ölüb

9 Noyabr 2017 11:05 (UTC+04:00)

APA-nın məlumatına görə, Penitensiar Xidmətin müalicə müəssisəsində saxlanılan 1957-ci il təvəllüdlü Hacıqulu Hacıağa oğlu Səlimov xəstəlikdən ölüb.

Qeyd edək ki, Bakı şəhər sakini H. Səlimov 2010-cu ildə qanunsuz gəzdirdiyi tapança ilə qonşusunu güllələdiyi üçün azadlıqdan məhrum edilibmiş.

AzNews.az