Bakıda “Range Rover”lə vurulan piyada ölüb

9 Noyabr 2017 11:53 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, noyabrın 8-də saat 23 radələrində Suraxanı rayonunun Babək prospektində Bakı şəhər sakini Telman Əsgərov idarə etdiyi “Range Rover” markalı avtomobillə yolu keçən paytaxt sakini Nadir Sadıqovu vurub.

Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.