Avtomobili oğurlayıb doğradılar

9 Noyabr 2017 11:57 (UTC+04:00)

DİN-dən AzNews.az-a bildirilib ki, hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirlərinə başlayan Nizami rayon Polis İdarəsinin 23-cü Polis bölməsinin əməkdaşları qaçırılan avtomobilin Siyəzən rayonunda tapılması barədə məlumat əldə ediblər.

Siyəzən RPŞ-nin əməkdaşları ilə birlikdə keçirilən tədbirlərlə şübhəli şəxslər müəyyən edilərək saxlanılıblar. Araşdırmalarla rayon sakinləri Teymur Əliyev və əvvəllər məhkum olunmuş Rövşən Həmidovun oğurladıqları həmin avtomobili birincinin evinin həyətində ayrı-ayrı hissələrə böldükləri, bəzi hissələrini isə satdıqları müəyyən edilib. Polis əməkdaşları tərəfindən qeyd edilən avtomobilin dam hissəsi T.Əliyevin həyətində aşkar edilərək, digər hissələr isə doğranmış vəziyyətdə rayon ərazisindəki gölün ətrafında tapılaraq maddi sübut kimi götürülüb.

Faktla əlaqədar cinayət işi başlanılıb.