Bomj brilyantı sahibinə qaytardı

25 Fevral 2013 08:46 (UTC+04:00)



Küçələrdə səfil həyat keçirən şəxs tapdığı olduqca bahalı, brilliant qaşlarla bəzədilən üzüyü sahibinə qaytarıb. Üzük səfilə pul vermək istəyən zaman qadının barmağından düşün və o, bunu hiss etməyib.

Ertəsi gün isə qadın həmin yerdən təkrar keçərkən səfil ona bahalı üzüyünü qaytarıb. Hadisədən təsirlənən qadın həyat yoldaşı ilə bərabər evsizlər üçün onlayn yolla vəsait toplamağa başlayıb. Qısa zamanda 92 min dollar yığılıb.

Elnarə Əlosmanqızı
AzNews.az