Nisə Qasımova yalançılıqda günahlandırıldı

25 Fevral 2013 10:33 (UTC+04:00)
Xalq artisti Nisə Qasımovanın giley-güzarı tükənmək bilmir. Bu dəfə o, Opera və Balet Teatrında mərhum sənətkar Məmmədbağır Bağırzadə ilə yaratdığı "Leyli və Məcnun" operasının lent yazının yandırıldığını dilə gətirib.

Opera və Balet Teatrının truppa müdiri Tamara Eyvazova isə AzNews.az-a açıqlamasında bu məlumatın həqiqətə uyğun olmadığını bildirdi: "Mən 40 ildən yuxarıdır ki, bu teatrdayam. Amma Nisə xanım Qasımovanın bu teatrın səhnəsində Leyli olduğunu xatırlaya bilmirəm. Nisə Qasımova "Leyli və Məcnun" tamaşasında oynamayıb. Yalan məlumatdır".

Bahar Rüstəmli
AzNews.az