“Qanuni oğru”larla Alla Puqaçovanı nələr bağlayır?

25 Fevral 2013 10:39 (UTC+04:00)

Ded Xasanın klanına daxil olan "qanuni oğru"lar Birləşmiş Ərəb Əmirliklərində "sxodka"da iştirak etmək üçün bu ölkəyə yola düşüb. Rusiya mətbuatının yazdığına görə, "sxodka"da Ded Xasanın qohumu Timur Arxangelskinin "taclandırılması" da nəzərdə tutulur.

Ancaq bir müddət əvvəl o, "Faktor A" telelayihəsinin iştirakçısı olan Muraz Bakoyanla bərabər saxlanılıb. Buna görə də ona "qanuni oğru" adı verilmsi özünün iştirakı olmadan keçiriləcək.

Məsələ burasındadır ki, T.Arxangelski Sergey Makeyev küçəsindəki evindən çıxaraq maşınına oturmaq istəyərkən polis onu həbs edib. Maşının salonunda tapança tapılıb. Eyni vaxtda hüquq-mühafizə orqanlarının əməkdaşları Merab Marqaniya və Muraz Bakoyanı da həbs ediblər. M. Bakoyan Alla Puqaçovanın aparıcısı olduğu "Faktor A" musiqili telelayihənin iştirakçısı olub.

Hüquq-mühafizə orqanlarındakı mənbənin sözlərinə görə, T.Arxangelski ilə bərabər adı çəkilən M.Bakoyan da zərgərlərə hücum edərək qiymətli daş-qaşın zor gücü ilə alınmasında ittiham edilir. "Üçlük" Rusiya paytaxtının əyləncə həyatını tanınmış simalarından olublar. Onlar həmişə bir yerdə Moskvanın ən bahalı gecə klublarında vaxt keçirməyi xoşlayırmışlar.

Elnur Əzimov
AzNews.az