Rasim Balayev səhhətindən danışdı: “Yalvarmalıyam...”

13 Noyabr 2017 10:56 (UTC+04:00)

Bu barədə AzNews.az-a onun özü məlumat verib. Rasim Balayevin sözlərinə görə, bu günlərdə Bakıdakı klinikaların birində müayinə olunub:

“Hazırda müalicə olunuram. Aldığım təqaüdü ancaq dərmanlara verirəm”.

Aktyor heç bir yerdən filmə dəvət almadığını da vurğulayıb: “Yaradıcılıq donub, bütün günü evdəyəm. Heç bir təklif yoxdur. Neyniyim, film çəkən yoxdur. Gedib kimə yalvarmalıyam ki, mənə rol verin, kinoya çəkin? Həyatdır da, heç kim bilmir ki, sonu necə olacaq”.

Bahar RÜSTƏMLİ
AzNews.az