Bakıda Burak Özçivitlə film izləmək - 70 manatadır

13 Noyabr 2017 13:11 (UTC+04:00)

AzNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Burakla birgə filmi izləmək istəyənlər 70 manat ödəməlidirlər. Belə ki, kino eyni zamanda bir neçə zalda nümayiş olunacaq. Aktyorla birgə IMAX zalında bilet - 70 AZN, adi zal – 50 AZN, adi zal, iki nəfərlik oturacaq – 110 AZN-dir.

Bu məqamda qeyd edək ki, bir neçə ildir Bakıda tanınmış türkiyəli məşhurların rol aldığı filmlərin təqdimatı keçirilir. Adətən qiymətlər 20-30 AZN arasında dəyişib. İlk dəfədir ki, aktyorla film izləmək 70 manata başa gəlir.

Qeyd edək ki, ekran işində müğənni Murad Boz və azərbaycanlı aktyor Kamran Ağabalayev də yer alıb.