Daha 3 yeni iPhone gəlir Ucuz qiymətə

14 Noyabr 2017 12:35 (UTC+04:00)

AzNews.az Macrumors-a istinadən xəbər verir ki, 2 yeni modeldə OLED-displeyi (5,8 və 6,5 düymə malik) 458 və 480-500 pikselli, üçüncüdə isə LCD-displeyi (6,1 düymə malik) 320-330 pikselli olacaq.

Hər 3 iPhone dizayn cəhətdən iPhone X smartfonuna oxşar olacaq. Bundan başqa, bu smartfonlar True Depth kamerası ilə təchiz olunub. Ekspertlərin qənaətinə görə, onların qiyməti 649-749 dollar arasında olacaq.