Yol polisi yük maşınlarına nəzarəti gücləndirdi - Video

14 Noyabr 2017 20:50 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, sol zolaqda hərəkətin iri qabaritli yük maşınları üçün qadağan olunmasına baxmayaraq, sürücü bütün yolu bu zolaqda hərəkət edib.

Üstəlik, şəhəriçi sürət məhdudiyyətinə də məhəl qoymadan yoluna davam edən yük avtomobilinin bort platformasından yola daş-çınqıl tökülür.

Ümumiyyətlə, son zamanlar sosial şəbəkələrdə yük avtomobillərinin qayda pozmaları videolarına çox rast gəlinir. Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən isə bildirdilər ki, yük avtomobilləri yollarda qaydalara uyğun hərəkət etmədikdə digər nəqliyyat vasitələrindən rahatlıqla seçilir və elektron qaydada sənədləşdirilir.

Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin bölmə rəisi Vaqif Əsədov sosial şəbəkələrdə yayılan həmin görüntüyə aydınlıq gətirib.

Bu cür qayda pozuntusuna görə sürücülər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə aşılan sürət həddindən asılı olaraq cərimələnir.