Rövşən Lənkəranskini satdılar

25 Fevral 2013 13:22 (UTC+04:00)


Bu il yanvarın 16-da Moskvada qətlə yetirilən "qanuni oğru" Ded Xasanın ölümü ilə bağlı şübhələri Rövşən Lənkəranskinin üzərinə çəkmək cəhdi getdikcə artır. Bir müddət əvvəl həbs edilən və Ded Xasanın düşməni kimi tanınan "qanuni oğru" Camal Mikeladzenin istintaqa verdiyi ifadə belə söyləməyə əsas verir. "Perestunaya Rossiya"nın verdiyi xəbərə görə, "Cemo" ləqəbli "qanuni oğru" Aslan Usoyanın öldürülməsi ilə heç bir əlaqəsinin olmadığını bildirib. İstintaqa ifadəsində o, Ded Xasanla dost münasibətlərinin olmadığının təsdiqləyərək bu münasibətləri sadə olmadığına da diqqəti çəkib. Bununla yanaşı Aslan İsoyanın öldürülməsinə sifariş vermədiyini də bildirib. Cemo onu da qeyd edib ki, Ded Xasanın başqa düşmənləri də kifayət qədər olub.

Saxta sənədlərlə Minskdən Moskvaya gəlmək istəyərkən həbs olunan C. Mikeladzenin digər düşmən dedikdə azərbaycanlı "qanuni oğru" Rövşən Lənkəranskini nəzərdə tutduğu güman edilir.

Elnur Əzimov
AzNews.az