Məşhur aktyorda xərçəng tapıldı

15 Noyabr 2017 14:40 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, SSRİ xalq artisti, məşhur kino və teatr aktyoru Nikolay Karaçençov uzun müddət müalicə kursu və kimya terapiyası keçməlidir.

2005-ci ildə yol qəzasından sonra xəstəxanada əməliyyat olunan Nikolay öz sağlamlığını tam bərpa edə bilməyib. Onun ailəsi ümid edir ki, aktyor öz sağlamlığını bərpa edəcək.

Həyat yoldaşı Lyudmila Porgina ərinə hər cür mənəvi və psixoloji dəstəyi göstərir.

Həkim-onkoloq onun xəstəliyinin kimya terapiyasından sonra gedəcəyinə əmindir.

Hazırda müalicədən əvvəl aktyor öz ailəsi ilə birgə Yunanıstanda dincəlir.