“Güzəştli mənzil”lər "kupça"lı satılacaq

16 Noyabr 2017 16:43 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu MİDA-nın aparat rəhbəri Anar Quliyev bildirib.

"Təəssüf olsun ki, hal-hazırda mənzil bazarında mənzillər müqavilə əsasında satılır, lakin sonradan vətəndaşlar mənzil aldıqlarını düşündüyü halda məlum olur ki, bu mənzil başqa bir şəxsə də satılıb. Biz isə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə mənzillərin siyahısını təqdim etmişik. Artıq 584 mənzilin şəhadətnaməsi alınıb. Vətəndaşlarımız hətta həmin sənədlər əsasında mənzillərini girov qoyub kredit ala biləcəklər", - deyə o vurğulayıb.