Azərbaycan əhalisinin bu il gəliri 40 milyard manatı keçib

16 Noyabr 2017 21:22 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, hər nəfərə düşən gəlirlərin həcmi orta hesabla 4131,9 manat təşkil edib.

Bu dövr ərzində gəlirlərin 85,3 faizi son istehlak xərclərinə, 8,5 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının, 1,8 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 4,4 faizi isə yığıma yönəldilib.

Qeyd edək ki, 2017-ci ilin yanvar-avqust aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin müvafiq dövrünə nisbətən nominal ifadədə 7,6 faiz artaraq 31770,8 milyon manat olmuşdu.