Naibə Allahverdiyevanın hamıdan gizlətdiyi əri – Foto

16 Noyabr 2017 22:54 (UTC+04:00)

AzNews.az Yenicag.az-a istinadən xəbər verir ki, aktrisa özündən 7-8 yaş kiçik həyat yoldaşı ilə birgə kameralara tuş gəlib.

Səmimiyyəti ilə diqqət çəkən cütlük fikirlərini də bölüşüb:

“Ərim çox yaraşıqlı kişidir. İstəmirəm, onu gündəmə gətirib başıma iş açasız. Bəd-nəzərdən qorxuram. O, özü də fotolarının çəkilməsini istəmir. Deyir əsas odur ki, mən sənin ərinəm. Bunu kiməsə sübut etməyə ehtiyac yoxdur. O, məni çox qısqanır, buna görə də, məni tək buraxmır.”

Həyat yoldaşının isə sözü qısa və konkret olub: “Naibəni çox sevirəm.”

Naibə xanım onu da qeyd edib ki, həyat yoldaşı kiçik bizneslə məşğuldur.