40 yaşlı qadın küçədə mübahisə zamanı bıçaqlandı

16 Noyabr 2017 23:22 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun İbrahim Hacılı kənd sakini 1977-ci il təvəllüdlü Kazımova Səbinə Sabir qızı qarın nahiyəsindən bıçaq xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyəti orta ağırdır.

Məlumata görə, S.Kazımova kürəkəni ilə Qovlar şəhərində küçə ilə gedən zaman bir neçə naməlum şəxslər və kürəkəni arasında mübahisə yaranıb. Həmin şəxslərdən biri kürəkəni bıçaqlamaq istəyərkən, iti alət qadına dəyib.

Faktla bağlı araşdırma aparılır.