“Rasim Balayevin xəstəliyi məsələsi diqqətdə saxlanılacaq” - Spiker

17 Noyabr 2017 12:50 (UTC+04:00)

AzNews.az “Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, xalq artisti Zeynəb Xanlarova deyib.

O, aktyora kömək olunmasını xahiş edib: “Xahiş edirəm, ona kömək etsinlər. Onun aldığı pulun miqdarı nə qədərdir ki?! Pulu çatmır dərmanların hamısını almağa...”

MM sədri Oqtay Əsədov isə deyib ki, bu məsələ diqqətdə saxlanılacaq.