Araz Əlizadə Sarkisyanı təbrik edən türk dövlət başçılarından danışdı

25 Fevral 2013 15:23 (UTC+04:00)
Ermənistanda ötən həftə keçirilən prezident seçkilərinin nəticələri rəsmən elan olunmasa da Serj Sarkisyanın ünvanına təbrik məktubları gəlməkdə davam edir. Təbrikçilər arasında isə türkdilli dövlətlərin prezidentləri öncüllük edirlər. Türkiyə prezidenti Abdulla Gülün Serj Sarkisyanı təbrik mesajının ittihamları gündəmdən düşməmiş Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov da anoloji addım atıb. HəttaTürkmənistan prezidenti öz təbrikində erməni xalqını dost adlandırmaqdan belə, çəkinməyib:

"Bu gözəl fürsətdən istifadə edərək, sizə möhkəm cansağlığı, habelə şəxsi xoşbəxtlik, dost erməni xalqının tərəqqisi və rifahı naminə yüksək dövlət vəzifəsində uğurlar arzulayıram".

Bununla bağlı AzNews.az-a açıqlama verən Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə deyib ki, Türkdilli dövlətlərin hansısa biri Azərbaycana görə Ermənistanla münasibətləri pisləşdirmək istəmir: "Nəhayət Azərbaycanda özünü siyasətçi, politoloq hesab edənlər bunu dərk etməlidirlər ki, Azərbaycanın ən yaxın dostu elə Azərbaycanın özüdür".

Gültəkin
AzNews.az