Çaqallar yeniyetmə oğlanı dişlədi

17 Noyabr 2017 14:35 (UTC+04:00)

"Report"un Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib.

Kənd sakini 2002-ci il təvəllüdlü Şirinzadə Turqay Rövşən oğlu məktəbə gedərkən qəfildən çaqqalların hücumuna məruz qalıb. Yırtıcı heyvanlar onun əl nahiyyəsini dişləyib.

Qobustan rayon Mərkəzi Xəstəxanasının Cərrahiyə şöbəsinə yerləşdirlən yeniyetmənin vəziyyəti kafidir. Ona quduzluq əleyhinə vaqsin vurulub.

AzNews.az